Qreyfurt – Star Ruby

Star Ruby qreyfurt Azərbaycanda əsasən Lənkəran-Astara bölgəsində yetişdirilən və son illərdə istehsalı sürətlə artan ən populyar qreyfurt sortlarından biridir. Dünyada olduğu kimi, ölkəmizdə də ən çox ixrac olunan qreyfurt növü hesab olunur.

Star Ruby-nin əsas xüsusiyyətləri:

  • Digər bütün qreyfurt sortları arasında ən tünd rəngli növdür.

  • Meyvənin həm qabığı, həm də içi qırmızı rəngdə olur.

  • Qabığı parlaq, hamarnazikdir.

  • Meyvəsi çox şirəli, dadlı və xoş ətirlidir.

  • Turşuluğu digər qreyfurtlara nisbətən daha azdır, buna görə dadı daha yumşaq və balanslı qəbul edilir.

Star Ruby həm görünüşünə görə, həm də yüksək keyfiyyət xüsusiyyətlərinə görə Azərbaycanda ən tələb olunan qreyfurt sortlarından biridir.



Oxşar Məhsullar