Qreyfurt – Yakut Qırmızı (Ruby Red)

Yakut Qırmızı (Ruby Red) qreyfurt dünyada ən çox yayılmış və ən məşhur qreyfurt sortudur. Azərbaycanda əsasən Lənkəran-Astara bölgəsində yaxşı məhsuldarlıqla yetişdirilir və stabil verim verir.

Bu sortun əsas xüsusiyyətləri:

  • Qabığının rəngi çəhrayımtıl-sarı olur və səthi bir qədər pürüzlüdür.

  • Meyvələr bir-birinə toxunan hissələrdə çəhrayı rəng tonu daha qabarıq görünür.

  • Az toxumludur, çox şirəlidir, xoş ətri və yüksək keyfiyyəti ilə seçilir.

  • Orta mövsüm qreyfurtudur və uzun müddət ağacda qala bilir.

  • Uyğun saxlanma şəraitində 4 aya qədər keyfiyyətini itirmədən qoruyur.

Yakut Qırmızı həm dadı, həm də rəngi ilə Azərbaycanda ən çox tələb olunan qreyfurt sortlarından biridir.