Valencia portağalı Azərbaycanda xüsusilə Lənkəran-Astara bölgəsində, həmçinin Abşeron və Gəncə-Qazax zonasında yetişdirilən gec mövsüm sitrus növlərindən biridir. Bu sort müxtəlif iqlim şəraitinə yaxşı uyğunlaşdığı üçün həm isti hava, həm də rütubətli mühitə davamlıdır. Hem süfrəlik, həm də sənaye (şirə, konsentrat) istehsalı üçün çox uyğundur.
Valencia portağalının əsas xüsusiyyətləri:
rəngi sarı-narıncı olur,
forması basıq-yumru və bir qədər ovaldır,
qabığı bir az pürüzlüdür və meyvəyə çox sıx yapışmır,
çəyirdəksiz olur,
dilimlərarası pərdələri qalın və möhkəmdir,
ətri xoşdur, dadı şirəli və keyfiyyətlidir.
Bu həm də gec mövsüm portağalı olduğuna görə uzun müddət saxlamağa uyğundur və anbarlama zamanı keyfiyyətini yaxşı qoruyur.