Mandarin – Mineola (Minneola)

Mineola (və ya Minneola) Azərbaycanda xüsusilə Lənkəran-Astara bölgəsində becərilən iri və keyfiyyətli hibrid sitrus növlərindən biridir. Marketlərdə “qırmızı mandarin” kimi də tanınır.

Bu sortun əsas xüsusiyyətləri:

  • Meyvələri iri olur və sap hissəsi bir qədər uzunsov görünür.

  • Az sayda toxuma malikdir.

  • Rəngi tünd narıncı, parlaq və hamar səthlidir.

  • Qabığı meyvəyə çox sıx yapışmır, buna görə asan soyulur.

  • Əti yumşaq, çox şirəli, dadlı, xoş ətirli və bir qədər turşumsu olur.

  • Mineola kifayət qədər davamlı sortdur, keyfiyyətini itirmədən uzun müddət saxlanıla bilir.

Bu səbəbdən həm yerli bazarda, həm də ixracda seçilən və tələb olunan sitrus növlərindən biridir.