Navelina portağalı Azərbaycanda yetişdirilən ən qədim və tanınmış portağal sortlarından biridir. Qabığı bir qədər pürüzlü olur və rəngi açıq narıncıdan tünd narıncıya qədər dəyişir. Meyvələri nisbətən kiçik və oval formadadır.
Bir Navelina portağalı adətən 200–250 qram çəkidə olur.
Xüsusiyyətləri:
qabığı nazikdir,
çəyirdəksiz olur,
orta dərəcədə şirəlidir,
içi parlaq narıncı rəngdədir,
dadı çox şirin və aromatikdir.
Bu sort həm süfrəlik istehlak üçün çox uyğundur, həm də bazarda ən çox tələb olunan erkən mövsüm portağallarından biridir.