Alma

Azərbaycan alma istehsalında Cənubi Qafqazın lider ölkələrindən biridir. Alma ölkənin demək olar ki, bütün bölgələrində yetişdirilir, xüsusilə Quba–Xaçmaz, Şəki–Zaqatala, Gəncə–Qazax, NaxçıvanAran zonasının bəzi əraziləri almaçılıqla məşhurdur.

Azərbaycanda istehsal olunan almalar əsasən təzə istehlak üçün nəzərdə tutulur. Məhsulun bir hissəsi birbaşa bazara çıxarılır, digər hissəsi isə müasir soyuducu logistika anbarlarında, atmosferə nəzarətli şəraitdə uzun müddət saxlanır. Bu saxlama texnologiyaları sayəsində alma ilboyu ixrac edilə bilir.

Son illərdə müasir bağların salınması, yeni intensiv sortların əkilməsi və damcılı suvarma sistemlərinin tətbiqi nəticəsində Azərbaycanda alma istehsalı nəzərəçarpacaq dərəcədə artıb.

Azərbaycanda ən çox yetişdirilən alma sortları:

  • Starking

  • Golden

  • Gala

  • Granny Smith

  • Fuji

  • Red Chief

Bu sortlar həm daxili bazarda, həm də ixracda yüksək tələbat görür.



Oxşar Məhsullar