Limon – Lama

Lama limonu Azərbaycanda əsasən Lənkəran-Astara bölgəsində yetişdirilən keyfiyyətli və seçilən limon sortlarından biridir. Bu növ iqlimə qarşı həssas olduğuna görə daha çox isti və rütubətli subtropik ərazilərdə becərilir.

Lama limonunun əsas xüsusiyyətləri:

  • Meyvələri orta ölçülü, gövdəsi isə silindrik formadadır.

  • Meyvənin ucunda ona xas olan kiçik, yuvarlaq və bir qədər sivri çıxıntı olur.

  • Qabığı hamar, parlaqtam sarı rəngdədir.

  • Dadı və ətri çox xarakterik, şirəli və aromatikdir.

  • Düzgün şəraitdə Lama limonu 9 aya qədər keyfiyyətini itirmədən saxlanıla bilir.

Lama növü həm süfrəlik istehlakda, həm də uzunmüddətli saxlanma üçün ən çox üstünlük verilən limon sortlarından biridir.